AZ

Çində robotlar maşın istehsal etməyə başladı

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Çinin avtomobil sənayesində yeni mərhələ başlayır. Nəhəng istehsalçı SAIC Motor artıq zavodlarına humanoid robotları gətirib.Demokrat.az xəbər verir ki, söhbət “Nengzai No.1” adlı yeni nəsil robotdan gedir. Bu sistem artıq sınaq mərhələsini geridə qoyub, birbaşa istehsal xəttində işləyir. Robot elektrik avtomobillərinin batareya yığımı prosesində iştirak edir, detalları götürür, yerləşdirir və bunu yüksək dəqiqliklə edir.Maraqlı məqam odur ki, klassik humanoidlərdən fərqli olaraq bu robot iki ayaq üzərində hərəkət etmir. Təkərli platforma üzərində qurulub. Zavod mühitində bu yanaşma daha stabil nəticə verir, həm də iş tempini artırır.Şirkət üçün bu addım sadəcə texnoloji yenilik deyil. Əslində, istehsal fəlsəfəsinin dəyişdiyini göstərir. İnsan əməyinin getdikcə robotlarla əvəzlənməsi artıq nəzəriyyə yox, real prosesə çevrilir.Avtomobil sənayesində rəqabət sürətlə dərinləşir. Görünən odur ki, bu yarışda qalib gələnlər yalnız maşın istehsal edənlər yox, eyni zamanda istehsalın özünü yenidən quranlar olacaq.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr