AZ

Yolu kəsən sürücü digər sürücünü borclu çıxartdı: Mən burada durmuşdum VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Masazır qəsəbəsində qaydanı pozan sürücülərin görüntüsü avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə martın 27-də, Əliağa Vahid küçəsində qeydə alınıb. Belə ki, sola dönmək istəyən sürücü əks istiqamətlə hərəkət edən avtomobillərlə üzləşdiyi üçün yoluna davam edə bilməyib. Görüntüdən də aydın şəkildə görünür ki, 77-HP-550 qeydiyyat nişanlı "BMW" markalı, 77-NM-663 qeydiyyat nişanlı "Changan" markalı, 77-XZ-663 qeydiyyat nişanlı "Ford" markalı və 10-VZ-914 qeydiyyat nişanlı "Nissan" markalı avtomobilin sürücüləri sıxlıqda qalmamaq üçün əks istiqamətlə hərəkət edərək yolu kəsiblər. "Nissan"ın sürücüsü səhv etdiyini qəbul etmək əvəzinə, "mən burada durmuşdum, sən niyə kəsirsən qabağımı" deyərək özünü haqlı çıxarmağa çalışıb.

Sözügedən videonu təqdim edirik.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
avtosfer.az

1Mənbələr