Amerika Birləşmiş Ştatlarının Missisipi ştatında qatarın yük avtomobilinə çırpılması nəticəsində 5 nəfər həyatını itirib.
Redaktor.az xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən "Associated Press" (AP) məlumat yayıb.
Verilən məlumatlara əsasən, ölən beş şəxsin hamısı həmin nəqliyyat vasitəsində olub.
Yük maşınında sağ qalan yeganə sərnişin təcili olaraq xəstəxanaya yerləşdirilib. Qatarda olan şəxslərdən heç biri xəsarət almayıb.