Unikal.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
G7 görüşündə Aİ xarici işlər naziri Kaya Kallas və ABŞ dövlət katibi Marko Rubio arasında gərginlik yaşanıb.
"Unikal" xəbər verir ki, bu barədə "Axios" yazıb.
Məlumata görə, Kallas Rubiodan Vaşinqtonun Rusiyaya təzyiqi nə vaxt artıracağını soruşub.
Rubio isə "Biz əlimizdən gələni edirik. Daha yaxşısını edə bilsəniz, irəli gedin, biz kənara çəkiləcəyik", - deyə əsəbi şəkildə cavab verib.
"Axios" mənbələrinə görə, Kallas xatırladıb ki, bir il əvvəl Rubio Moskvanın sülh prosesinə mane olacağı təqdirdə tədbirləri sərtləşdirəcəyinə söz vermişdi. Gərgin dialoqdan sonra nazirlər vəziyyəti düzəltməyə çalışıblar və Rubio ilə Kallas qısa şəxsi söhbət ediblər. Dövlət katibi daha sonra hər hansı bir münaqişəni təkzib edib və görüşü konstruktiv adlandırıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.