AZ

Sumqayıtda elektrik enerjisi kəsildi – geniş ərazi işıqsız qaldı

Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılıb.

NOCOMMENT.az xəbər verir ki, şəhərin geniş ərazisində elektrik təchizatı qəfil kəsilib. Hazırda bir çox yaşayış binaları və obyektlər işıqsız qalıb, yollarda işıqforlar işləmir bu isə sakinlər arasında narahatlıq yaradıb.

Elektrik enerjisinin kəsilməsinin səbəbi hələlik məlum deyil. Aidiyyəti qurumlar tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, problemə aydınlıq gətirilməsi üçün müvafiq qurumlarla əlaqə yaratmağa cəhd edilir.

Gülər

Seçilən
29
1
nocomment.az

2Mənbələr