AZ

Bu mühərrik 38 min kilometrdən sonra sıradan çıxır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

General Motors şirkətinin bəzi populyar modellərində istifadə olunan mühərriklər ciddi qalmaqalla gündəmə gəlib. Şirkətin 2.0 litrlik turbo LSY kodlu mühərriki cəmi 38 min kilometr yürüşdən sonra tamamilə yararsız hala düşür.Ən qorxulu məqam isə odur ki, aqreqat sıradan çıxana qədər avtomobilin panelində hər hansı xəbərdarlıq işığı yanmır. Məlumata görə bu problem əsasən "Buick Envision", "Chevrolet Blazer" və "Cadillac XT4" modellərində özünü göstərir.228 at güclü bu mühərriklərdə nasazlıq birdən-birə yaranmır. Piston çevrəsində toplanan həddindən artıq karbon yığıntısı seqmentlərin tıxanmasına və elastikliyin itməsinə səbəb olur. Nəticədə mühərrik yağı yanma kamerasına sızır və yağ sərfi kəskin artır. Proses triger zəncirinin bələdçisində də ciddi aşınmalara yol açır və mühərriki tamamilə sıradan çıxarır.Ustalar nasazlığın əsas səbəbləri kimi müasir mühərriklərin çox həssas toleranslarını və xüsusilə qısa məsafəli, aşağı dövriyyəli sürüş tərzini göstərirlər. Şəhər daxilində işə gedib-gəlmə rejimində istifadə olunan avtomobillərdə karbon yığılması daha sürətlə baş verir. Yanacaq və yağ keyfiyyətinin aşağı olması da prosesi sürətləndirən amillər sırasındadır.Hazırda General Motors bu mühərriklərlə bağlı genişmiqyaslı zavod qüsurunu rəsmi şəkildə qəbul etməyib. Şirkət tərəfindən hələlik avtomobillərin geri çağırılması ilə bağlı hər hansı kampaniya başladılmayıb. Lakin ekspertlər bu modellərin sahiblərinə yağ səviyyəsini mütəmadi yoxlamağı və texniki xidmət qaydalarına daha ciddi yanaşmağı tövsiyə edirlər. Kiçik bir diqqətsizlik sürücülər üçün çox baha başa gələ bilər.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr