AZ

İranın hər gün vurduğu ölkədə daha bir fəlakət

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Birləşmiş Ərəb Əmirliklərinin Şarika şəhərində müşahidə olunan kəskin hava şəraiti ciddi fəsadlara yol açıb. Aramsız yağan yağışlar nəticəsində yaranan güclü sel suları küçə və prospektləri basıb.Demokrat.az xəbər verir ki, şəhərin bir çox hissəsində nəqliyyatın hərəkəti tamamilə iflic olub.Xüsusilə Camal Əbdünnasir küçəsində vəziyyət daha gərgin xarakter alıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdən aydın olur ki, onlarla minik avtomobili sel sularının içində qalıb. Bəzi ərazilərdə suyun səviyyəsi nəqliyyat vasitələrini tamamilə örtüb.Ölkənin Milli Meteorologiya Mərkəzi əvvəlcədən xəbərdarlıq yaymışdı. Sinoptiklər fırtına və toz dumanı ehtimalı ilə bağlı əhalini diqqətli olmağa çağırıb. Sakinlərə dəniz sahilindən uzaq durmaq və zərurət yaranmadıqca küçəyə çıxmamaq tövsiyə edilib. Hazırda ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
demokrat.az

1Mənbələr