AZ

Qabyuyanın ərpdən qoruyur: Bir damcısı bəs edir, qab qaşıq ilk günkü kimi parıldayacaq

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qabyuyan maşınlarda zamanla yığılan ərp və mineral qalıqları həm cihazın iş səmərəliliyini azaldır, həm də qabların üzərində mat ləkələr yaradır. Bahalı kimyəvi vasitələrə müraciət etmədən mətbəxdəki sadə məhsulla bu problemi kökündən həll etmək mümkündür. Limon duzu (sitrik turşusu) maşın daxilindəki daşlaşmış ərpi saniyələr içində əridərək stəkanları ilk günkü parlaqlığına qovuşdurur.Sitrik turşusu maşının çətin görünən hissələrində, xüsusən qızdırıcı elementlərdə və filtrlərdə yığılan mineral təbəqəsini sürətlə parçalayır. Bu təmizlik sayəsində suyun axımı rahatlaşır və qablar maşından daha təmiz çıxır.Limon duzunu maşında iki fərqli şəkildə istifadə edə bilərsiniz:Profilaktik üsul maşının duz bölməsinə az miqdarda limon duzu əlavə etmək ərpləşməyə qarşı daimi qoruma təmin edir.Dərin təmizlik maşının dibinə ( yəni suyun toplandığı və filtrin yerləşdiyi metal səthdə) 1 və ya 2 xörək qaşığı limon duzu tökün. Cihazı boş vəziyyətdə ən yüksək temperatur proqramında işə salın. Bu proses daxili səthlərdəki bütün qalıqları təmizləyəcək.Limon duzu təbii vasitə olsa da, istifadə zamanı bəzi məqamlara diqqət yetirmək lazımdır. Miqdarı həddindən artıq qoymaq maşının metal hissələrinə, rezinlərinə və ya plastik detallarına zamanla zərər verə bilər. Həmçinin rəngli qablarla və ya plastik ləvazimatlarla birbaşa təmasdan qaçınmaq məsləhətdir, çünki bu, rəng solmasına səbəb ola bilər.Düzgün miqdarda və müntəzəm fasilələrlə tətbiq olunan bu üsul həm büdcənizə qənaət edir, həm də mətbəxdə gigiyenanı artırır.Aytən

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
demokrat.az

1Mənbələr