AZ

“Bloomberg”: Körfəz ölkələri İranla bağlı əməliyyat fonunda ABŞ-dən məyus olur

BAKI, 28 mart. TELEQRAF

Fars körfəzi ölkələri İranla bağlı hərbi əməliyyat fonunda ABŞ-dən getdikcə daha çox məyus olur.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən yazır. Bildirilir ki, region ölkələri qeyri-rəsmi şəkildə ABŞ-nin təhlükəsizlik zəmanətlərini şübhə altına alır və Vaşinqtonun əməliyyat üzrə strateji planlaşdırmasının yetərsiz olmasından narahatlıq keçirir.

Həmçinin ABŞ Prezidenti Donald Trampın əməliyyata başlama qərarının əsaslandırılması və məqsədləri də sual doğurur. Körfəz ölkələri öz ərazilərində ABŞ hərbi bazalarının yerləşdirilməsinin məqsədəuyğunluğuna da əvvəlki qədər əmin deyil və bunun onları potensial hədəfə çevirdiyini düşünür.

Mənbələrin bildirdiyinə görə, region dövlətləri Vaşinqtonun İran üzərində “qələbə” elan edərək razılaşma olmadan münaqişədən çıxmasından ehtiyat edir. Bu halda isə həmin ölkələr qismən Hörmüz boğazına nəzarəti saxlayan “qəzəbli İran”la üz-üzə qala bilər.

Seçilən
24
teleqraf.com

1Mənbələr