AZ

“İnter Mayami” Məhəmməd Salahla danışıqlar aparmır - Romano

“İnter Mayami” bu yay İngiltərə klubundan ayrılacaq “Liverpul”un 33 yaşlı hücumçusu Məhəmməd Salahla müqavilə imzalamaq üçün danışıqlar aparmır.

İdman.Biz bildirir ki, jurnalist Fabrizio Romano bu barədə özünün X sosial media səhifəsində məlumat verib.

Mənbənin məlumatına görə, tərəflər arasında heç bir müzakirə aparılmayıb.

Salah 24 martda mövsümün sonunda “Liverpul”dan ayrılacağını açıqlayıb. Misirli hücumçu 2017-ci ildən mersisaydlılarda çıxış edir. Bu müddət ərzində 33 yaşlı cinah oyunçusu bütün yarışlarda 435 oyunda meydana çıxıb, 255 qol vurub və 122 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

İdman.Biz
Seçilən
33
1
idman.biz

2Mənbələr