AZ

Rubio: Kubada idarəetmə sistemi dəyişdirilməlidir

ABŞ administrasiyası hesab edir ki, Kubanın iqtisadi cəhətdən inkişafı üçün idarəetmə sistemi dəyişməlidir.

"Far.Az"un məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio bunu Fransada keçirilən G7 ölkələrinin Xarici İşlər Nazirlərinin görüşünün yekunlarına əsasən bildirib.

"Onların idarəetmə sistemi dəyişməyincə iqtisadiyyat dəyişə bilməz. Hər şey bu qədər sadədir", - o qeyd edib.

Rubionun sözlərinə görə, bu cür dəyişikliklər olmadan Kuba iqtisadi artıma nail ola bilməyəcək.

"Bunu dəyişdirmək üçün rəhbərliyi, ölkənin idarəetmə sistemini və iqtisadi modeli dəyişdirməliyik", - o vurğulayıb.

O, həmçinin bildirib ki, məsələ konkret şəxslərdə deyil, onun fikrincə, işləməyən mövcud idarəetmə sistemindədir.

Seçilən
53
far.az

1Mənbələr