AZ

Xəzərin dayazlaşması toz fırtınalarına səbəb oldu

Mütəxəssislər Atırauda qeydə alınan toz fırtınalarını və palçıqlı yağışları Xəzər dənizinin dayazlaşması ilə əlaqələndirirlər.

Publika.az “Kazinform”a istinadən xəbər verir ki, Ekologiya Departamentinin rəis müavini Erlan Yesenovun sözlərinə görə, dəniz səviyyəsinin aşağı düşməsinə görə duz və narın qumun yığıldığı və əvvəllər su altında qalan ərazilər üzə çıxıb.

Sahil zonasında olan və toz fırtınalarına səbəb olan dörd ərazi müəyyən edilib, bu ərazilərdə bitki örtüyü, o cümlədən qamışlıq yoxdur.

Havaya toz və duzun qalxmasını azaltmaq üçün nəmləndirmə texnologiyalarından istifadə imkanları nəzərdən keçirilir.

Quru ərazilərin yaxınlığında kanallar keçir ki, bu da əkin zamanı suvarmanı təmin etməyə imkan verəcək.

Seçilən
19
2
publika.az

3Mənbələr