AZ

Rusiya ABŞ və İsraili AES-lərə zərbələrdən çəkinməyə çağırıb

BAKI, 28 mart. TELEQRAF

Rusiya ABŞ və İsraillə İranın nüvə enerji obyektlərinə qarşı hücumların yolverilməzliyi ilə bağlı fəal dialoq aparır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov "RİA Novosti"yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskva tərəfi nüvə infrastrukturuna hücumların qarşısının alınmasının vacibliyini mütəmadi olaraq vurğulayır.

“Atom elektrik stansiyalarına hücumların istisna edilməli olduğunu xatırlatmışıq”, - deyə Ulyanov qeyd edib.

Bildirilib ki, Buşehr Atom Elektrik Stansiyası ətrafında gərginliyin artması fonunda Rusiya diplomatları ABŞ və İsrail nümayəndələri ilə müntəzəm məsləhətləşmələr aparır.

Qeyd edək ki, daha əvvəl İran Buşehr AES ərazisinə növbəti zərbə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyini məlumatlandırıb. Martın 25-də isə Rusiya Xarici İşlər Nazirliyi həmin stansiyanın fəaliyyətdə olan enerji blokunun yaxınlığında baş verən hücuma etirazını ifadə edib.

Seçilən
37
teleqraf.com

1Mənbələr