AZ

ABŞ İranda 3,5 mindən çox hədəfi qaldığını açıqlayıb

BAKI, 28 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranda hələ 3,5 mindən çox hədəfin qaldığını açıqlayıb.

Teleqraf xəbər verir ki, o, Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı ABŞ qüvvələrinin qarşıda duran hədəflərlə bağlı planlarını dilə gətirib.

“Bizim 3 554 hədəfimiz qalıb, onların məhv edilməsi kifayət qədər tez həyata keçiriləcək”, - deyə Tramp bildirib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-dən etibarən İrana qarşı hərbi əməliyyat həyata keçirir.

Seçilən
50
teleqraf.com

1Mənbələr