AZ

Ağsuda qadını öldürüb əkin sahəsinə atan 2 şübhəli saxıanılıb

Martın 23-də Ağsu rayonunun Muradlı kəndində əkin sahəsində üzərində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanmışdı. Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması artıq müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Ə.Sahabov və 1977-ci il təvəllüdlü S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər. Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətləb

Seçilən
9
7
sia.az

10Mənbələr