AZ

Moskviç skuter istehsalına başladı

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Məşhur "Moskviç" avtomobil zavodu öz fəaliyyət sahəsini genişləndirərək qeyri-profil məhsulların buraxılışına başlayıb. Müəssisə "Yandex Go" xidməti və Moskva Nəqliyyat Departamenti ilə birgə pilot layihə çərçivəsində fərdi hərəkət vasitələrinin yığılmasını təşkil edib.Demokrat.az xəbər verir ki, test mərhələsində zavodun gücləri hesabına 2 min ədəd elektrikli skuter istehsal olunacaq.Tamamilə yerli mühəndislər tərəfindən layihələndirilən bu nəqliyyat vasitələri "Moskviç" texnoklasterində tam istehsal dövründən keçir. Burada iri hissəli yığma prosesi ilə yanaşı, bütün sistemlərin sazlanması, elektronikanın kompleks sınağı, eləcə də təkərlərin, əyləc sistemlərinin və işıqlandırma cihazlarının sazlığı yoxlanılır.Skuterlərin keyfiyyətinə nəzarət məqsədilə xüsusi sınaqlar da həyata keçirilir. Bu sınaqlara beş metrlik panduslarla qalxma, kələ-kötür daş yollarda hərəkət imitasiyası və süni maneələri dəf etmə daxildir. Yeni istehsal xətti şəhər nəqliyyatının müasirləşdirilməsi və yerli istehsalın stimullaşdırılması strategiyasının tərkib hissəsidir.Bu addım həm də fərdi hərəkət vasitələrindən istifadə ilə bağlı normativ bazanın yenilənməsi istiqamətində atılan addımlarla üst-üstə düşür. Zavodun gələcəkdə istehsal həcmini artıracağı gözlənilir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
demokrat.az

1Mənbələr