AZ

Lavrov Əraqçi ilə regiondakı gərginliyi müzakirə edib

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb və regiondakı gərginliyi müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Söhbət zamanı regiondakı hadisələr və ABŞ ilə İsrailin İrana qarşı hücumunun davam etməsinin nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

"Digər ölkələrə məxsus gəmilərin Hörmüz boğazından hərəkəti İranın səlahiyyətli orqanları ilə koordinasiya əsasında həyata keçirilir", - İranın XİN başçısı bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilən
20
far.az

1Mənbələr