Axar.az saytına istinadən ain.az xəbər verir.
Fars körfəzi bölgəsindəki vəziyyətə görə ABŞ-ın Ukraynada sülh yolu ilə nizamlanmaya marağı azalıb və bu, daha ciddi iqtisadi təsir göstərir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Rusiya-Ukrayna münaqişəsi beşinci ilinə qədəm qoyur. Bu müharibəyə son qoymaq üçün çox ciddi səylər göstəririk. Lakin bunun baş verməsi üçün təsir gücünə və alətlərinə malik ölkələr bu prosesə cəlb olunmalıdır. Bunlar Amerika, Avropa və digərləridir. ABŞ müdaxilə etdi, amma indi marağını itirib. Avropanın da atəşkəs üçün çox istəyi olmaya bilər. Lakin bir neçə həftədir davam edən ABŞ-İsrail müharibəsi Ukraynadakı müharibədən daha böyük təsir göstərib", - Fidan “A Haber” televiziya kanalında bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.