Yəməndə fəaliyyət göstərən husilər İranın tərəfində münaqişəyə qoşulduqlarını bəyan ediblər.
Bu barədə "The Middle" East nəşri məlumat yayıb.
Məlumata görə, husilər ABŞ və İsraillə bağlı mümkün hərbi addımlara qarşı birbaşa müdaxiləyə hazır olduqlarını bildiriblər.
“ABŞ və İsraillə İran və müqavimət oxuna qarşı hər hansı ittifaq yaranarsa, hərbi müdaxilə edəcəyik”, – deyə açıqlamada qeyd olunub.
Husilər həmçinin Qırmızı dənizdə ABŞ və İsrail tərəfindən həyata keçirilə biləcək əməliyyatlara imkan verməyəcəklərini vurğulayıblar.
İrana qarşı eskalasiya davam edərsə, onlar da münaqişəyə aktiv şəkildə qoşulacaqlar.