BAKI, 28 mart. TELEQRAF
Rusiya və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefonla ABŞ və İsrailin Tehrana qarşı təcavüzü nəticəsində yaranan münaqişənin siyasi və diplomatik yolla həlli perspektivlərini müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumat yayıb.
Nazirlər Yaxın Şərqdə davam edən, ciddi hərbi və siyasi böhranı ətraflı müzakirə ediblər: "Bu böhran, İrana qarşı Amerika-İsrail təcavüzü nəticəsində yarandı. Onlar münaqişənin beynəlxalq hüquqa əsaslanan və İran və onun qonşuları - Körfəz Əməkdaşlıq Şurasının üzvləri də daxil olmaqla, regiondakı bütün ölkələrin qanuni maraqlarını nəzərə alaraq siyasi və diplomatik həll yoluna yönəldilməsi perspektivləri barədə fikir mübadiləsi apardılar".
Lavrov həmçinin həmkarını İrana yeni bir Rusiya humanitar yardımının çatdırılması barədə məlumatlandırıb.