AZ

Qlobal böhran siqnalı: Türkiyə liderindən sərt mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib ki, son bir ayda bölgəni sarsıdan müharibə yalnız tərəflərə deyil, bütün dünyaya təsir edən genişmiqyaslı böhran yaradıb.

Musavat.com xəbər verir ki, Türkiyə prezidenti bu qarşıdurmanın nəticələrinin artıq qlobal səviyyədə hiss olunduğunu vurğulayıb.

Onun sözlərinə görə, müharibənin təsirləri enerji bazarlarından tutmuş istehsal, texnologiya, nəqliyyat və ticarət şəbəkələrinə qədər geniş sahələri əhatə edir və bu vəziyyət dünya iqtisadiyyatına ciddi təzyiq göstərir.

Ərdoğan diqqətə çatdırıb ki, diplomatiya və dialoq imkanları mövcud olduğu halda bu yolların pozulması vəziyyəti daha da ağırlaşdırır və nəticədə yaranan yükü bütün bəşəriyyət birlikdə daşıyır.

Türkiyə lideri əlavə edib ki, əgər münaqişələr tezliklə dayandırılmasa, ödənəcək bədəl daha da artacaq və bu prosesdə coğrafi məsafə artıq heç bir rol oynamayacaq.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr