Xəbər verdiyimiz kimi, martın 27-də saat 22:00-a olan məlumata əsasən, Bakıya və Abşeron yarımadasına yağan yağıntının miqdarı 58 mm olaraq qeydə alınıb. Bu da aylıq normanın 247 %-ni təşkil edir.
Publika.az bildirir ki, normadan artıq yağış təkcə Bakıda subasmalara, yolların iflic olmasına səbəb olmayıb. Mart ayında, xüsusilə də ayın son günlərində bir çox ölkə bu problemlə üzləşib.
Məsələn, İspaniyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), Cənubi Qafqaz regionunda isə Ermənistanda oxşar hal müşahidə edilib.
Normadan artıq yağışın müxtəlif ölkələrdə yaratdığı problemləri əks etdirən görüntüləri təqdim edirik: