AZ

Lavrov: Zelenskinin açıqlamaları Alyaskadakı anlaşmalara ziddir”

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

“Makron, Merz və Starmer Zelenskinin təmas xəttində dayanmaq zərurəti ilə bağlı açıqlamalarını dəstəkləyirlər”

“Zelenskinin açıqlamaları Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında Alyaskada əldə edilən anlaşmalarla ziddiyyət təşkil edir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov “France Televisions”a verdiyi müsahibədə deyib.

"İndi Zelenskinin özü heç nədən imtina etmək istəmədiklərini deyir və sadəcə təmas xətti boyunca atəşkəs elan etməyi təklif edir. Və o referendumda Rusiyaya birləşmək üçün səs verən Novorossiya və Donbass sakinlərinin bunu qanuni yolla etdiklərini heç vaxt etiraf etməyəcək. O iddia edir ki, bu, hələ də Ukrayna torpağı olacaq və onlar onun geri qaytarılmasını tələb edəcəklər. Bu, Alyaskada əldə edilənlərlə ziddiyyət təşkil edir", - deyə nazir qeyd edib.

Rusiya diplomatik missiyasının rəhbəri bildirib ki, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın Baş naziri Keir Starmer Zelenskinin təmas xəttində dayanmaqla bağlı sözlərini dəstəkləyirlər:  “Amma bu o deməkdir ki, onlar Kiyev rejiminin uduzduğu münaqişənin dondurulmasını və qalan ərazidə bu rejimə zəmanət verilməsini dəstəkləyirlər. Beynəlxalq konvensiyalar üzrə bütün öhdəliklərini yerinə yetirməsini tələb etmədən, dil və dini hüquqlar da daxil olmaqla, insan hüquqlarını təmin edən BMT Nizamnaməsinə qayıtmasını tələb etmədən”.

Onun sözlərinə görə, Avropa Ukraynadakı “nasist rejimini” Rusiya sərhədində qorumaq istəyir: “NATO-nun baş katibi Mark Ruttenin Ukraynanın Şimali Atlantika Alyansında olacağı fikrini necə qəbul etməliyik? Sağlam düşüncə kimi? Nə Makron, nə Merz, nə də başqası Ruttenin bu açıqlamalarına etiraz etmədi. Biz nə düşünməliyik?”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
ayna.az

1Mənbələr