AZ

Hər yağışda eyni problem – Sumqayıtda sistem niyə işləmir?

Sumqayıtda qısa müddətli yağışdan sonra şəhərin bir neçə küçəsini su basıb.

NOCOMMENT.az xəbər verir ki, şəhərin mərkəzi küçələri ilə də sel suları axıb.

Yağış suları səbəbindən yollar keçilməz hala düşüb, binaların girişləri, restoranların həyətini su içində qalıb. Sakinlər yaranmış vəziyyətə görə ciddi narazılıq bildirirlər.

Fəsadların əsas tənqid ünvanı yenə Sumqayıt Sukanal İdarəsi və idarənin rəisi Xalid Quliyevdir. Şəhər sakinləri bildirirlər ki, hər yağışda Sumqayıtın eyni mənzərə ilə üzləşməsi qurumun illərdir problemləri həll etmədiyini açıq göstərir.

Drenaj və yağış-kanalizasiya xətlərinin vaxtında təmizlənməməsi, köhnə infrastrukturun yenilənməməsi, görülən işlərin nəticə verməməsi bugünkü vəziyyətin əsas səbəbi kimi göstərilir.

Sumqayıtda illərlə yenilənməyən sistem mövcud yükə tab gətirmir. Şəhərin genişlənməsinə baxmayaraq “Sukanal”ın fəaliyyəti olduğu yerdə qalıb.

Sakinlərin sualı isə dəyişmir:

“Bir az yağış yağan kimi şəhər su altında qalırsa, “Sukanal” nə iş görür?”

Sumqayıt şəhərinin Sahil küçəsində hal-hazırkı vəziyyəti əks etdirən görüntüləri təqdim edirik. Kadrlardan göründüyü kimi şəhərin küçələri yağış sularına təslim olub. Lakin Sumqayıt şəhər Sukanal İdarəsi tərəfindən isə hələ də heç bir tədbir görülmür.

Aliyə
NOCOMMENT.az

Seçilən
19
nocomment.az

1Mənbələr