AZ

Toni Kroos "Real"ın hazırkı liderinin adını dedi - Nə Mbappedir, nə Vinisius

"Real Madrid"in sabiq yarımmüdafiəçisi Toni Kroos bu mövsüm İspaniya nəhənginin heyətində hansı futbolçunun lider olduğunu deyib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Marca" belə çatdırıb:

"Hazlrda lider Federiko Valverdedir. O, bütün komandanı çiyinlərində daşıyır. Ümid edirəm ki, bu, uzun müddət davam edəcək. Federiko mənim dostumdur. Onunla çox yaxşı münasibətimiz var".

Cari mövsüm "Real" forması ilə bütün turnirlərdə 42 matça çıxan Valverde 8 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. 

Toğrul

Seçilən
31
fanat.az

1Mənbələr