AZ

Hakan Fidan: ABŞ İrana qoşun yeridə bilər

Fars körfəzində hansısa adanın ABŞ tərəfindən ilhaqına dair ssenarilər gündəmdir.

Ölkə.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan canlı yayımda deyib.

"Münaqişə uzanacağı təqdirdə ABŞ-nin Fars körfəzində İrana aid hansısa adaya qoşun yeritməsi barədə versiyalar gündəmdir",- Türkiyənin XİN başçısı bildirib. O, əlavə edib ki, İran Hörmüz boğazını bloklamaqla strateji üstünlük əldə edib.

H.Fidanın sözlərinə görə, buna cavab olaraq ABŞ-nin də İranın neft-qaz ixrac edən hansısa adasını tutması strateji həmlə ola bilər:

"Müharibə aparan tərəflər bunu təzyiq metodu və əlini güclü tutmaq üçün edirlər. Məhz buna görə, Türkiyə tərəflər arasında atəşkəsin əldə olunmasına çalışır".

Seçilən
17
13
olke.az

10Mənbələr