AZ

"Rəqibin bizə təzyiq göstərəcəyini bilirdik" - Stern Con

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə qarşılaşıb. Görüş milli komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb (6:1).

Oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Stern Con fikirlərini jurnalistlərlə bölüşüb.

"Belə nəticə gözləmirdim. Rəqibin bizə təzyiq göstərəcəyini bilirdik. Sadə səhvlər etdik. Belə olanda isə mütləq cəzalandırılırsan".

O, turnirin əhəmiyyətindən söz açıb:

"Buraya gəlmək üçün uzun yol qət etmişik. Oyunçular üçün təcrübə oldu. Avropa komandasına qarşı oynadılar. Amma bir oyun keçirmək bizi məyus edir".

Seçilən
11
fanat.az

1Mənbələr