AZ

İspaniya Əlcəzairdən qaz tədarükünü artıracaq

Bakı. Trend:

İspaniya Əlcəzairdən qaz tədarükü həcminin artırılmasınıistəyir.

Trend“Bloomberg-Şərq” agentliyinə istinadla xəbər verir ki, bu barədətərəflər arasında danışıqlar aparılıb.

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Əlcəzairəsəfəri zamanı bildirib ki, ölkəsi Əlcəzairlə neft-qaz əlaqələrindərinləşdirilməsi barədə razılığa gəlib. Bu sahədə tədarükhəcmlərinin artırılması da nəzərdə tutulub.

Bildirilir ki, Əlcəzair “Medgaz” boru kəməri vasitəsiləİspaniyanın əsas qaz tədarükçüsüdür. Bu boru kəmərinin gündəliknəql gücü 32 milyon kubmetrdir. Hər iki ölkə adı çəkilən xəttin tamgücü ilə işləməsinə çalışır. Bu da tədarük həcmlərinin 10 faizartması deməkdir.

Qeyd edək ki, Əlcəzairin “Sonatrach” şirkəti “Medgaz”layihəsində 51 faiz paya malikdir. İspaniya ilə ABŞ-nin müştərəkşirkətinin payı isə 49 faizdir. Xəttin uzunluğu 210 kilometdir.

Seçilən
39
3
az.trend.az

4Mənbələr