AZ

Gəncədə küləyin fəsadı bir aydır ki, aradan qaldırılmırVİDEO

Gəncədə 1 ay əvvəl küləyin dağıtdığı dam örtüyü hələ də bərpa edilməyib. Xezerxeber.az-ın məlumatına görə,

Gəncə şəhəri, Nərimanov küçəsi 10 ünvanında yerləşən beşmərtəbəli binanın sakinləri deyir ki, küləyin uçurduğu damın təmir edilməməsi sonuncu mərtəbədəki evləri yararsız hala salır.

Sakinlərin sözlərinə görə, 1 aydır həllini gözləyən problemlə əlaqədar bütün əlaqədar qurumlar məlumatlandırılsa da, hələ ki, nəticə yoxdur. Özlərinin gördüyü tədbirlər isə effekt vermir.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirildı ki, güclü küləyin təsiri ilə dam örtükləri zərər görmüş çoxmərtəbəli binalara baxış keçirilib. Məsələnin həlli istiqamətində aidiyyəti qurumlar müvafiq işləri həyata keçirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
12
1
xezerxeber.az

3Mənbələr