AZ

Bakıda yağış fəlakəti: yollarda hərəkət çətinləşdi, ağır tıxaclar yarandı VİDEO

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Martın 27-dən Bakı və Abşeronda yağan intensiv yağış yollarda vəziyyəti çətinləşdirib. Eyni zamanda keçid və tunelləri su basıb. Nəticədə avtomobillərin hərəkətində ciddi çətinliklər yaranıb. Bu isə paytaxtda, eləcə də ətraf kənd və qəsəbələrdə tıxacların yaranmasına səbəb olub.

“Globalinfo.az” gün ərzində bu barədə ətraflı məlumat verib. Axşama doğru vəziyyət bir qədər də çətinləşib. Yollarda tıxac çoxalıb.

Xatırladaq ki, yaranan vəziyyətlə bağlı FHN-in aidiyyatı qurumları hərəkətə keçib. Həmçinin polis əməkdaşları da yollarda yaranan ağır tıxacların aradan qaldırılması istiqamətində müvafiq addımlar atmağa başlayıb.

Son bir sutka ərzində yağan yağış nəticəsində yaranan vəziyyəti əks etdirən foto və videoları təqdim edirik:

View this post on Instagram

View this post on Instagram

View this post on Instagram

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
globalinfo.az

1Mənbələr