AZ

Pentaqonda şok: FTB direktorunun şəxsi məlumatlarını ələ keçirildi

ABŞ-nin təhlükəsizlik sistemində misli görünməmiş rəzalət yaşanır. İranla əlaqəli olduğu bildirilən “Handala” haker qrupu Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patelin şəxsi elektron poçtunu sındırıb. Hakerlər əldə etdikləri məxfi sənədləri və şəxsi fotoları artıq internet şəbəkəsində yayıblar.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-nin rəsmi nümayəndələri kiberhücum faktını və məlumatların sızmasını artıq təsdiqləyiblər. Sızdırılan materiallar arasında direktorun ailə üzvləri ilə fotoları, şəxsi yazışmaları və bir sıra daxili sənədlər yer alır. Bu hadisə ABŞ-ın ən yüksək rütbəli təhlükəsizlik rəsmilərinin belə rəqəmsal hücumlar qarşısında nə qədər müdafiəsiz olduğunu ortaya qoyub.

Kiber-ekspertlər hesab edir ki, “Handala” qrupunun bu addımı təkcə məlumat oğurluğu deyil, həm də Vaşinqtona yönəlmiş psixoloji mesajdır. FTB rəhbərinin hədəf alınması İranın kiber-müharibə imkanlarının yeni bir mərhələyə keçdiyini göstərir. Hazırda ABŞ kəşfiyyat qurumları sızmanın miqyasını araşdırır və digər yüksək vəzifəli şəxslərin hesablarını gücləndirilmiş nəzarətə götürüb.

Sara,
NOCOMMENT.az

Seçilən
23
nocomment.az

1Mənbələr