Azərbaycanın futbol millisi tarixinin ən böyük hesablı qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, bu, Bakıda keçirilən “FIFA Series” turnirində baş verib. Yığma Sent Lüsiya ilə Sumqayıtda keçirilən görüşdə 6:1 hesabı ilə qələbə qazanıb.
Buna qədər Azərbaycan komandasının ən böyük hesablı qələbələri San Marino (AÇ-2000 seçmə mərhələ, 5:1) və Lixtenişteynlə (DÇ-2018 seçmə mərhələ, 4:0) matçlarda qeydə alınmışdı.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektov martın 30-da Syerra Leone yığması ilə qarşılaşacaq.