AZ

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır (FOTO)

Bakı.Trend:

İntensiv yağıntılarla əlaqədar İri Şəhərlərin Birləşmiş SuTəchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyətgöstərir.

Qurumdan Trend-ə verilən məlumata görə, güclü yağışlar zamanıbəzi ərazilərdə yağış sularının toplanması müşahidə olunur. Drenajsistemlərinin olmadığı yollarda bu sular tullantı su xətlərinəyönləndirilir ki, bu da kanalizasiya şəbəkələrinin artıqyüklənməsinə və suların ötürülməsində çətinliklərin yaranmasınasəbəb olur.

Bəzi ərazilərdə isə mərkəzləşdirilmiş içməli və tullantı suşəbəkələrinin olmaması vəziyyəti daha da mürəkkəbləşdirir.Problemlərin aradan qaldırılması məqsədilə müvafiq sukanalidarələrinin qəza briqadaları həmin ərazilərə cəlb olunub vətoplanan yağış sularının idarə olunması istiqamətində işlərgörülür.

Eyni zamanda tullantı və yağış xətlərində mütəmadi monitorinqləraparılır, kollektor quyuları və daşıyıcı xətlər yoxlanılır.Tutulmaların müşahidə olunduğu xətlərdə texnika vasitəsilə yuyulmaişləri həyata keçirilir.

Hazırda bütün sukanal idarələrində növbəli əsasda fasiləsiz işrejimi təşkil olunub. Suların çəkilməsi, xətlərin açılması vəaxının mövcud şəbəkələrə yönləndirilməsi istiqamətində tədbirlərdavam etdirilir.

Qeyd olunur ki, görülən işlər mövcud problemlər tam aradanqaldırılanadək davam edəcək.

İntensiv
İntensiv
İntensiv
İntensiv
Seçilən
23
23
az.trend.az

2Mənbələr