AZ

“FIFA Series – 2026”: Azərbaycan Sent Lüsiya millisini darmadağın etdi

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan görüş milli komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu, millimizin 2016-cı ildə ilk sınağı olub. Komanda üç gün sonra - martın 30-da Sumqayıtda Syerra Leone yığması ilə qarşılaşacaq. 

FIFA Series–2026
27 mart
 
Azərbaycan – Sent Lüsiya 6:1 
Qol: 
E.Mahmudov, 2-pen. R.Sadıxov, 21. M.Qurbanlı, 37. T.Bayramov, 64. V.İsgəndərli, 86. R.Əhmədzadə, 89. - Filip, 52-pen

Hakimlər: Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili (hamısı Gürcüstan).
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov.

Seçilən
15
fanat.az

1Mənbələr