AZ

Bakının icra hakimiyyətləri gücləndirilmiş iş rejiminə keçib

Səhər saatlarından etibarən Baki Şəhər İcra Hakimiyyəti (BŞİH), paytaxtın rayon icra hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyəti təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Aidiyyəti qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Seçilən
14
14
qaziler.az

10Mənbələr