AZ

Seneqalın baş məşqçisi: “Biz Afrika çempionuyuq”

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

Seneqalın baş məşqçisi Pap Tiyav, Afrika Millətlər Kubokunun finalının Mərakeşə verilməsi qərarına münasibət bildirib.

İdman.Biz bildirir ki, Tiyav qərarın əleyhinə çıxıb.

“Düşündüm ki, bu suala cavab verməyəcəyəm, çünki işimə diqqət yetirirəm. Ən əsası diqqətimi yayındırmamaqdır. Bilirik ki, Afrika çempionuyuq. Daha çox kubok qazanmaq üçün çalışmağa davam edəcəyik. Yarışların və kubokların meydanda qazanıldığını başa düşürük. Bu, artıq edilib; biz Afrika çempionuyuq”, - deyə Tiyav RMC Sport-a bildirib.

Daha əvvəl Afrika Futbol Konfederasiyası (CAF) Mərakeşin apellyasiya şikayətini təmin etmiş və 90+8-ci dəqiqədə Brahim Diaza qarşı qayda pozuntusuna görə təyin olunmuş penaltidən sonra meydanı tərk etdiyi üçün Afrika Kuboku finalında Seneqala 3:0 hesablı məğlubiyyət vermişdi.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
icma.az

2Mənbələr