AZ

ABŞ və İsrail İranın böyük poladəritmə zavadlarını bombaladı

ABŞ və İsrail hərbi hava qüvvələrinin İranın nəhəng sənaye müəssisələri olan “Mobarakeh Steel Company” və “Khuzestan Steel”  fabriklərini bombalamasından sonra, Tehran genişmiqyaslı qisas planını işə salıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Cavab tədbiri olaraq İsraildə 6 və regionun 5 müttəfiq ölkəsində yerləşən strateji polad fabrikləri hədəf siyahısına daxil edilib. Bildirilib ki, bu “hədəflər bankı” dəqiq kəşfiyyat məlumatları əsasında formalaşdırılıb.

Mənbələr vurğulayıb ki, İranın hərbi doktrinasına uyğun olaraq planlaşdırılan cavab zərbələri yalnız polad sənayesi ilə məhdudlaşmayacaq. İran tərəfi hücumların daha geniş və sərt olacağını, ABŞ və İsrailin iqtisadi və hərbi infrastrukturunun iflic vəziyyətə salacağını bəyan edib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bölgə ölkələrinin vətəndaşlarına müraciət edərək, təhlükəsizlik məqsədilə ABŞ hərbi bazalarından və obyektlərindən uzaq durmağa çağırıb. Bu, yaxın saatlarda və ya günlərdə böyük raket və dron hücumlarının gözlənildiyinə dair ciddi siqnal hesab olunur.

Qeyd edək ki, ABŞ və İsrail İsfahanda yerləşən, İranın və Yaxın Şərq regionunun ən böyük polad istehsalçısı olan “Mobarakeh Steel Company” və “Khuzestan Steel” zavodunu bombalayıb.  

Növbəti xəbərdarlıq Xeyrabad və Ərak sənaye zonasında yaşayan sakinlər üçün verilib. Onlar təkcə İranın hərbi gücünü deyil, eyni zamanda bütün sənayesini hədəf alaraq iqtisadiyyatı sıfırlamağa çalışırlar.

Həmçinin, İranın Yəzd şəhərində yerləşən “sarı kek” (uran konsentratı) istehsalı müəssisəsi hücuma məruz qalıb. Hər hansı radiasiya sızması qeydə alınmayıb.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr