AZ

ETİHİ nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Ramazan və Novruz bayramları münasibətilə tətil günlərində təşkil edilən düşərgəyə 800-dən çox ittifaq üzvü cəlb olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən “Təhsil İstirahət Mərkəzində” təşkil olunan ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün “Novruz 2026” adlı düşərgəsinin ikinci mərhələsinə start verilib.

İki mərhələdə keçirilən düşərgəyə ümumilikdə 800- dən çox təhsil işçisi cəlb olunub.

Düşərgənin ikinci hissəsinin rəsmi açılış mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edərək Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Sahib Məmmədov və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin bayramlar münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb, düşərgədə iştirak edən ittifaq üzvlərinə xoş istirahət və gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Əməkdar mədəniyyət işçisi şair, yazıçı, kinodramaturq İlqar Fəhmi təhsil ictimaiyyəti ilə tədbirdən böyük məmnunluq hissi keçirdiyini söyləyərək bu düşərgənin təşkil olunmasına görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərliyinə, əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.

Tədbir rəsmi hissədən sonra tonqal ətrafında əyləncəli proqramla davam etdirilib.

Qeyd edək ki, tətil günlərində davam edən düşərgə proqramı çərçivəsində təhsil işçiləri üçün zəngin və çoxşaxəli maraqlı fəaliyyət planı hazırlanıb. Proqram həm milli-mədəni dəyərlərin təbliğini, həm də təhsil işçilərinin peşəkar inkişafını təşviq etməyə yönəlib.

Bayram tədbirləri çərçivəsində Novruzun qədim ənənələrini əks etdirən müxtəlif mədəni və əyləncəli tədbirlər təşkil edilib.

Bununla yanaşı, düşərgə müddətində Azərbaycanın tanınmış elm xadimləri və mütəxəssislərinin iştirakı ilə müxtəlif mövzularda təlim və seminarlar da təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
16
sia.az

10Mənbələr