AZ

Bakıda icra başçıları səfərbər edildi - Paytaxtda vəziyyət necədir?

Bu gün səhər saatlarından etibarən Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və aidiyyatı təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır.

Bu barədə “Yeni Sabah”a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində  kollektorlar tərəfindən suların kənarlaşdırılmasında  problemlər yaranıb.

Nəticədə bəzi ərazilərdə subasma halları müşahidə edilir, şəhər ərazisində belə ərazilər monitoring qrupları tərəfindən müəyyən edilərək aidiyyatı üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilir.

Aidiyyatı qurumlar tərəfindən yağan yağışın fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.


Telegram kanalımız
Seçilən
24
8
yenisabah.az

10Mənbələr