AZ

Qubada 10-dan həyəti çirkab suları basıb - FOTO/VİDEO

Quba-Xaçmaz yolunun Quba rayonunun Zərdabi qəsəbəsində 10-dan çox həyəti çirkab suları basıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, buna səbəb güclü yağışlar nəticəsində Quba-Qusar rayonlarının Xaçmaza gedən mərkəzi kanalizasiya xəttinin partlaması və yol kənarı ilə qəsəbəyə doğru axması olub.

İllərlə yığılıb qalmış problemin vaxtında həll edilməməsi, sakinlərin həyətlərinə çirkab suların dolması ilə nəticələnib.

Verilən son məlumata görə, partlayan borunun bağlanması təmin edilib.

Ancaq güclü yağışların davam edəcəyi təqdirdə, həyətləri yenidən su basacağı istisna olunmur.










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Seçilən
4
bizim.media

1Mənbələr