AZ

Bu sözüm sənətçilərin xətrinə dəyir

ain.az, Axsham.az saytına istinadən bildirir.

"Sənətçi formada qalmağa məcburdur. Yuxudan duran kimi 2 saat idman edirəm. Bir gün gəzintiyə çıxaram, bir gün qaçaram, bir gün isə ağırlıq qaldıraram. Hər gün idmanla məşğul oluram. Artıq idman həyat tərzimə çevrilib".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Qonaqcanlı" verilişində deyib. İfaçı sənət dostlarına formada qalmalı olduqlarını məsləhət gördükdə ondan incidiklərini bildirib:

"Yemək də vacibdir. Sağlam qidalanmaq lazımdır. Uzun illərdir məndə də belədir. Düşünürəm ki, sənətçilərin borcudur ki, səhnəyə çıxanda normal formada olsunlar. Xarici ölkələrdə görürsünüz, müğənnilər özlərinə necə fikir verirlər. Bəzən deyirəm, xətirlərinə dəyir. Zəng vururlar ki, niyə belə dedin. Cavab verirəm ki, bir az yeməyinizə diqqət edin. Çalışın ki, efirdə qəşəng görünün. O, əvvəllər idi ki, müğənnilər ancaq kök olmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
axsam.az

1Mənbələr