AZ

Azərbaycan – Sent Lüsiya matçının başlama saatı dəyişdirildi – ARENA.AZ

“FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə vurğulanır ki, hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series -2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək bu qarşılaşmanın vaxtı dəyişdirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19:10-da start veriləcək.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan milli komandası Sent Lüsiya ilə görüşə aşağıdakı heyətlə çıxacaq:

Azərbaycan: 23. Rza Cəfərov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 2. Rəhman Daşdəmirov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov (k), 13. Emil Səfərov, 20. Rəhim Sadıxov, 3. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 9. Renat Dadaşov.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
7
6
arena.az

10Mənbələr