AZ

Körfəzdə gərginlik pik həddə: İran Küveytin əsas limanını vurdu! – VİDEO

Yaxın Şərqdə davam edən genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində İran növbəti hədəf olaraq Küveyti seçib.

Bu gün səhər saatlarında Küveytin ən böyük kommersiya qovşağı olan “Şuvayx” limanı İranın pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücuma məruz qalıb.

NOCOMMENT.az xəbər verir ki, Küveyt Limanlar İdarəsinin yaydığı rəsmi məlumata görə, “düşmən dronları” liman infrastrukturuna ciddi maddi ziyan vurub. Hücum nəticəsində tələfat qeydə alınmasa da, limanda yanğın və dağıntıların olduğu bildirilir. Hadisədən dərhal sonra ərazidə fövqəladə vəziyyət elan edilib və təhlükəsizlik tədbirləri maksimum dərəcəyə qaldırılıb.

Qeyd edək ki, “Şuvayx” limanı Küveytin dəniz ticarətinin əsas mərkəzi hesab olunur və bu hücum regionda naviqasiya təhlükəsizliyini yenidən sual altına qoyub. İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib ki, bu zərbələr ABŞ və İsrailin İrana qarşı hücumlarına dəstək verən və ya Amerika hərbi bazalarına ev sahibliyi edən region ölkələrinə xəbərdarlıq xarakteri daşıyır. Küveyt rəsmiləri isə öz növbəsində ölkənin hər hansı münaqişə tərəfi olmadığını, lakin öz milli aktivlərini qorumaq üçün bütün imkanlardan istifadə edəcəklərini vurğulayıblar.

Sara,
NOCOMMENT.az

Seçilən
15
nocomment.az

1Mənbələr