Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Stressin saçlara vurduğu zərbə dərhal deyil, hadisədən bir neçə ay sonra üzə çıxa bilər. Trixoloq Tatyana Qonçarova bildirir ki, emosional gərginlik orqanizmdə hormonal, damar və immun səviyyəsində mürəkkəb prosesləri işə salır.Demokrat.az xəbər verir ki, həyəcan zamanı ifraz olunan kortizol hormonu saçların böyümə fazasını pozaraq onları vaxtından əvvəl tökülmə mərhələsinə keçirir. Bu səbəbdən insan gərginliyi geridə qoyduğunu düşündüyü halda, qəfildən saçlarının seyrəldiyini müşahidə edir. Xüsusilə gicgah və təpə nahiyəsi bu dəyişikliklərə daha həssas reaksiya verir.Digər tərəfdən, adrenalin damarların sıxılmasına və saç köklərinin qidalanmasının zəifləməsinə səbəb olur. Oksigen çatışmazlığı nəticəsində saçlar nazilir, parıltısını itirir və bəzən saç kisəcikləri tamamilə sıradan çıxır. Ağır hallarda immun sistemi öz hüceyrələrinə hücum edərək müəyyən zonalarda dairəvi keçəlləşmə yaradır.Həkim xəbərdarlıq edir ki, stress zamanı ifraz olunan noradrenalin saç rənginə cavabdeh olan kök hüceyrələrini məhv edir. Bu yolla ağaran saçların rəngini geri qaytarmaq qeyri-mümkündür. Problemin qarşısını almaq üçün internetdəki məsləhətlərə deyil, mütəxəssis müayinəsinə və fərdi müalicə üsullarına üstünlük verilməlidir.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.