AZ

Türkiyə Gürcüstana hərbi təyinatlı texnika verib

Türkiyə istehsalı olan hərbi təyinatlı texnika Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Qüvvələrinə verilib.

AZƏRTAC xəbər verir ki, təhvil-təslim mərasimi Tbilisinin Vaşlijvari qəsəbəsində yerləşən xüsusi təyinatlıların bazasında keçirilib.

Tədbirdə Gürcüstan tərəfdən general-mayor Zaza Çxaidze, Türkiyəni isə ölkənin Gürcüstandakı səfiri Ali Kaan Orbay təmsil edib.

Texnikanın təhvil verilməsi barədə müvafiq sənədi Gürcüstan Xüsusi Əməliyyatlar Komandanlığının nümayəndəsi Teymuraz Klateişvili və Türkiyənin hərbi attaşesi İlhan Oktendurali imzalayıblar.

Rəsmi hissədən sonra qonaqlar baza ərazisində yerləşən atıcılıq poliqonuna baxış keçirib və nümayiş atışını izləyiblər.

Qeyd edək ki, 2025-ci ildə də Türkiyə tərəfi Gürcüstanın Xüsusi Əməliyyatlar Qüvvələrinə müxtəlif avadanlıq təqdim edib.

Seçilən
6
10
azerbaijan-news.az

10Mənbələr