AZ

Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA

Martın 27-si saat 17:00-a olan faktiki hava açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Sitat.info-ya verilən məlumata görə,hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə-Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır.
 
Hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170 %-ni təşkil edir.
 
28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.
Seçilən
15
28
sitat.info

10Mənbələr