AZ

İrəvandan ittiham: Hibrid hücumlar Azərbaycan və Türkiyədən gəlir

Ermənistana qarşı hibrid müdaxilələr əsasən Rusiya, Türkiyə və Azərbaycan kimi müxtəlif ölkələrin media platformalarında yer alır.

Publika.az xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” Partiyasından olan parlament üzvü Lilit Minasyan 27 martda Milli Məclisdə keçirilən ənənəvi brifinqdə bildirib.

Onun sözlərinə görə, əvvəlcə hibrid hücumun mahiyyətini aydın şəkildə anlamaq lazımdır.

Minasyan bildirib: "Əvvəlcə müxalifətimizi hibrid hücumun nə olduğunu anlamağa və yalnız bundan sonra hər hansı bir iddia irəli sürməyə çağırıram.

Hibrid hücumlar informasiya sahəsində də daxil olmaqla, müxtəlif istiqamətlərdə həyata keçirilə bilən xarici müdaxiləni nəzərdə tutur”.

Seçilən
20
publika.az

1Mənbələr