AZ

Azərbaycan Türkiyə media əməkdaşlığı genişlənir

ain.az, Azvision portalına istinadən məlumat verir.

Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (“Stratcom Summit 2026”) çərçivəsində baş tutan “Rəqəmsal kommunikasiya ekosistemində qlobal ictimai rəyin transformasiyası” adlı panel sessiyada çıxışı zamanı deyib. Ə.İsmayılov xatırladıb ki, Medianın İnkişafı Agentliyi və bir sıra xarici ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığa dair ikitərəfli sənədlər mövcuddur. Bu sənədlər çərçivəsində milli maraqların birgə təşviqi və qorunmasına yönəlmiş ikitərəfli əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, media sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur: “Bu əməkdaşlıqlar çərçivəsində Azərbaycan–Türkiyə Birgə Media Platformasını xüsusi vurğulamaq istəyirəm. İki ölkənin mediasının əlaqəli şəkildə, səmərəli fəaliyyət göstərməsini nəzərdə tutan Platforma çərçivəsində müvafiq işlər görülüb, bu prosesin qarşıdakı dövrdə daha geniş şəkildə inkişaf etdirilməsi planlaşdırılır”. İcraçı direktor qeyd edib ki, türk dünyasında çoxtərəfli əməkdaşlıq çərçivəsində prioritet istiqamətlərdən biri kimi informasiya təhlükəsizliyi məsələsi xüsusi əhəmiyyət kəsb edir. “Bu sahədə əlaqələndirilmiş fəaliyyətin gücləndirilməsi isə ümumi informasiya məkanının dayanıqlılığının və etibarlılığının təmin olunmasına mühüm töhfə verir”, - deyə o qeyd edib. AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
9
azvision.az

10Mənbələr