AZ

Qubada bu qəsəbə kanalizasiya sularının altında qaldı - VİDEO

Quba rayonunun Zərdabi qəsəbəsini çirkab suları basıb.

Musavat.com xəbər verir ki, qəsəbədə kanalizasiya xəttinin tutulması nəticəsində çirkab suları yaşayış sahələrinə axır.

Bəzi evlərin həyətlərinə artıq dolub. Əraziyə kəskin üfunət qoxusu yayılıb ki, bu da sanitar-gigiyenik baxımdan təhlükə yaradır.

Sakinlər bildirirlər ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, indiyədək əraziyə baxış keçirilməyib. Qeyd olunur ki, kanalizasiya sistemində yaranmış nasazlığın aradan qaldırılması üçün təcili tədbirlər görülməzsə, problem daha geniş əraziləri əhatə edə bilər.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr