AZ

İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır - Fuat Oktay

“İrandan Azərbaycan və Türkiyəyə atılan raketlərlə bağlı göstəriş verənlərin kimliyi araşdırılır”.

Bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay APA-nın Türkiyə bürosunun sualını cavablandırarkən bildirib.

O bildirib ki, bu hücumların İrana heç bir faydası yoxdur:

“Azərbaycanla tez-tez bu mövzuda müzakirələr aparırıq. Həm Azərbaycana, həm də Türkiyəyə İran tərəfindən raketlərin atılması əsla baş verməməli idi. Çünki Azərbaycan və Türkiyə bu müharibənin mənasız olduğunu ən güclü şəkildə ifadə edən ölkələr sırasındadır.

Burada təxribat ehtimalları da ciddi şəkildə müzakirə olunur. Çünki İranın bu iki ölkəyə hücum etməsinin ona heç bir faydası yoxdur. Məsud Pezeşkian da açıqlamasında bildirib ki, bu hücumlar İran tərəfindən həyata keçirilməyib”.

Seçilən
4
16
aznews.az

10Mənbələr